İnkoterms, Beynəlxalq Kommersiya Şərtləri

beynəlxalq ticarət praktikasında müqavilə şərtlərinin və qaydalarının toplusudur.
İnkorporasiya
İnkvayrinq
OBASTAN VİKİ
İnkoterms
INCOTERMS (international commercial terms-beynəlxalq ticarət sövdələşməsi) ideyası ilk dəfə 1921-ci ildə Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən irəli sürülmüşdür. BTP-nin mütəxəssisləri tərəfindən hazırlanan İNCOTERMS-in ilk versiyası 1936-cı ildə dərc olunmuş və təxminən 20 il qüvvədə qalmışdır. 1967,1976,1980, 1990, 2000-ci illərdə sənədə bəzi əlavə və dəyişkiliklər edilmişdir. Sənədin ən son versiyası olan "İNCOTERM 2010" 1 yanvar 2011-ci il tarixindən etibarən qüvvəyə minmişdir. Məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. Qeyd: İNCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalardan məhsulların satışı və təyinat məntəqəsində çatdırılması üzrə imzalanan müqavilələrdə istifadə olunur. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir.
Kommersiya
Kommersiya — (lat. com — birlikdə, əlaqəli lat. merx (mercisrı)) : qısa mənada — ticarət, ticarət əlaqəsi, ticarət-vasitəçilik fəaliyyəti və ticarət xidmətinin marketinqi mənasını verir; geniş mənada — sahibkarlıq fəaliyyəti deməkdir.
Kommersiya avtomobili
Kommersiya avtomobili (CV) motorlu nəqliyyat vasitələrinin bir növüdür. Kommersiya nəqliyyatı mənfəət əldə etmək məqsədilə malların və sərnişinlərin daşınması üçün istifadə edilən və kommersiya nömrələri alan nəqliyyat vasitələridir. Avropa İttifaqı “kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi”ni hər hansı bir mühərrikli magistral yol nəqliyyat vasitəsi kimi müəyyən etmişdir. Daha kiçik tipi yüngül kommersiya nəqliyyat vasitəsidir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Kommersiya hüququ
Kommersiya hüququ — kommersiya, və ya sahibkarlıq (biznes) hüququ ticarət, kommersiya, satışla məşğul olan şəxslərin və hüquqlarına, münasibətlərinə və hərəkətlərinə tətbiq olunan hüquq sahəsidir. O, mülki hüququn sahələrindən biri hesab olunmaqla bərabər, xüsusi və ümumi hüquqla bağlı məsələlərin tənzimlənməsini həyata keçirir. Kommersiya hüququ özündə tapşıran və agent; quru və su yolu ilə daşınmalar; ticari gəmiçilik; qarantiya; dəniz, yanğın, həyat və qəza sığortası; qiymətli kağızlar və ortaqlıq kimi sahələri ehtiva edir. O, həmçinin, korporativ müqavilələr, əmək münasibətləri və istehlak mallarının istehsalı və satışını tənzimləmək üçün istifadə oluna bilər. Bir çox ölkələr, Azərbaycan da daxil olmaqla, özündə kommersiya hüququna dair normaları geniş şəkildə əks etdirən mülki məcəllələr qəbul etmişdir. ABŞ-də kommersiya hüququ Konqres tərəfindən ştatlararası sahibkarlıq münasibətlərini tənzimləyən normalarla yanaşı, ştatların də öz səlahiyyətləri dairəsində oxşar münasibətləri nizamlayan daxili aktları mövcuddur. Kommersiya hüququ sahəsində vahid normativ akt yaratmağa bir neçə dəfə cəhd edilmişdir; bu cəhdlərdən ən uğurlusu isə bütün 50 ştatda (ştat qanunvericilikləri tərəfindən bəzi dəyişikliklərlə birgə), Kolumbiya Federal Mahalı və Birləşmiş Ştatların digər ərazilərində tətbiq olunan Vahid Kommersiya Məcəlləsinin qəbul edilməsi olmuşdur. Müxtəlif tənzimləyici vasitələr biznesin, xüsusilə işçilər və müştərilərlə əlaqədar fəaliyyətin necə aparılmasına nəzarət edir. Şəxsi həyatla bağlı aktlar, Təhlükəsizlik barədə qanunlar (məsələn, ABŞ-də Əməyin Təhlükəsizliyi və Sağlamlıq Aktı), ərzaq və dərman vasitələri haqda qanunları nümunə kimi göstərmək olar. == Mənbə == "Commercial Law: An Overview".
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Bakı Kommersiya Məktəbi
Bakı kommersiya məktəbi — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub. == Tarixi == 1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyində fəaliyyətə başlamışdır. O, yerli sahibkarların səyi və maliyyə dəstəyi sayəsində açılmışdı. Onlardan təkcə 1906-cı ilə qədər bu məktəbin ilk fəxri qəyyumu olmuş Hacı Zeynalabdin Tağıyev 50000 manat ayırmışdı. Digər xeyriyyəçilər sırasında Şəmsi Əsədullayev, F. Vəzirov, A. Mantaşov, Nobel qardaşları da var idilər. Müqəddəs Bakirə Məryəmin kosteli ilə üzbəüz yerləşirdi. == Məqsədi == Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu. == Təhsil kursu == Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu. Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi.
Kommersiya (film, 1992)
== Məzmunu == Filmdə kommersiyanın heç də asan bir iş olmadığı göstərilir. == Film haqqında == "Mozalan" Satirik Kinojurnalı № 163, 2-ci süjet == Səhvlər == Adlar : Aktyor Eldəniz Rəsulovun adı E. Quliyev kimi yazılmışdır.
MKT İstehsalat Kommersiya
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Kənd Təsərrüfatı və Kommersiya Nazirliyi
Kənd Təsərrüfatı və Kommersiya Nazirliyi (農商務省, Noşomuşo) – 1881–1925-ci illərdə Yaponiya hökumətinin tərkibində mövcud olmuş nazirlik. == Tarixi == Nazirlik 7 aprel 1881-ci ildə özəl sektorda kapitalın artımını təşviq etmək məqsədilə yaradılmışdır. Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və İctimai Məsələlər Nazirliyinin kənd təsərrüfatı, kommersiya və sənaye ilə bağlı səlahiyyətləri bu nazirliyə verilmişdir. 1885-ci ildə kabinet sisteminin qəbul edilməsindən sonra nazirliyin poçt, teleqraf, dəmiryolu və dəniz yolu ilə bağlı inzibati səlahiyyətləri yenicə yaradılmış Rabitə Nazirliyinə ötürülmüşdür. Eyni zamanda İctimai Məsələlər Nazirliyinin mədənlər və zavodlarla bağlı inzibati səlahiyyətləri bu nazirliyə verilmişdir. 1904–1905-ci illərdə baş vermiş Rus-yapon müharibəsindən sonra Yaponiyada kommersiya və sənaye sahələrinin əhəmiyyəti artmış, xüsusilə, Tayşo dövründə kənd təsərrüfatının yaratdığı tələb səbəbilə nazirlik 1 aprel 1925-ci ildə ləğv olunaraq iki yerə bölünmüşdür: Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi; Kommersiya və Sənaye Nazirliyi. === İkinci Dünya müharibəsi === İkinci dünya müharibəsi zamanı nazirlik 1943-cü ildə yenidən yaradılmış, lakin 1945-ci ildə ləğv olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha.
Beynəlxalq Münasibətlər
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi.
Beynəlxalq arbitraj
Beynəlxalq arbitraj— Arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçücü tərəfə — arbitra verir. Beynəlxalq arbitraj iki dövlət arasında, ya da bir dövlətlə beynəlxalq bir təşkilat arasında, ya da xüsusi bir şəxs və ya özəl qurum ilə dövlət arasında, ya da xüsusi bir qurum və ya fərqli millətlərdən olan insanlar arasındakı arbitraj deməkdir. == Tarixi == Dövlət sferasında beynəlxalq arbitrajın tarixi Jay sazişinə əsaslanır. 1794-cü ildə Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı bu müqavilə 1872-ci ildə Alabama müqaviləsi üçün bir model rolunu oynadı. Bu müqavilə imzalandıqdan sonra beynəlxalq müqavilələrdə arbitraj maddəsi istifadə edilməyə başlandı. Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il New York Konvensiyası arbitraj qərarlarının tanınmamasına səbəb ola biləcək vəziyyətə aydınlıq gətirilməsi baxımından bu sahədə əhəmiyyətli yer tutur. == Üstünlükləri == Tərəflər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və bu məhkəmədə tətbiq ediləcək prosedur qaydalarını seçmək hüququna malikdirlər. Məhkəmə hakimiyyətinin yanında arbitraj təşkilatının mövcudluğunun səbəbləri; dövlət məhkəmə sistemindəki yüklərin azaldılması; beynəlxalq münasibətlərdə milli məhkəmələrin qərəzsizliyi ilə əlaqəli haqlı narahatlıqlar, ticari münasibətlərdə iştirak edən tərəflər üçün bu münasibətlərdən irəli gələn sabitliyi və inamın təmin edilməsi; mübahisənin mövzunu yaxşı bilən mütəxəssislər tərəfindən həll edilməsinin məqsədəuyğunluğu, dövlət məhkəməsi ilə müqayisədə daha sürətli və daha qənaətli bir şəkildə bir həll yolu tapılması. Arbitraj razılaşması tərəflər arasında mövcud hüquqi münasibətlərdən yaranan və ya yarana biləcək mübahisələrin hamısını və ya bəzilərini arbitraj yolu ilə həll etməyə dair bir razılaşmadır.
Beynəlxalq dil
Beynəlxalq dil — bütün dünya üzrə əhəmiyyətli dərəcədə çox sayda insanlar arasında istifadə edilən dil. == Xarici keçidlər == Beynəlxalq dil — Facebook səhifəsi English 'world language' forecast (BBC, December 2004) World Language Maps 1903 article - Are We To Have An International Language?
Beynəlxalq hesablaşmalar
Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir. Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxalq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Beynəlxalq idman
Beynəlxalq idman — İdmanda ın azı iki ölkənin təmsil olunduğu arenadır . Ən məşhur beynəlxalq idman nümunəsi Olimpiya Oyunlarıdır. Digər nümunələrə FIFA Dünya Kuboku və Paralimpiya Oyunları daxildir. ABŞ və Kanada arasında keçirilən kriket matçı hər hansı bir idman növündə oynanan ilk beynəlxalq matçdır. Müasir beynəlxalq idman tədbirləri böyük bir biznesdir . Çünki burdakı dünya ölkələri bir–birinə siyasi , iqtisadi , mədəni və digər aspektlərdən təsir göstə bilir . == Tarix == Əvvəlcə Olimpiya Oyunlarinın tarixinə nəzər salaq . Qədim Olimpiya Oyunları Qədim Yunanıstandan olan bir neçə şəhər-dövlət və krallıq nümayəndələri arasında keçirilən və əsasən atletika, həm də döyüş və maşın yarışlarını əhatə edən bir sıra yarışlar idi. Olimpiya oyunları zamanı iştirakçı şəhər dövlətləri arasında bütün mübarizələr oyunlar başa çatana qədər təxirə salındı. Olimpiadanın mənşəyi sirr və əfsanə ilə örtülmüşdür.
Beynəlxalq iqtisadiyyat
Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir. Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır: Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir; Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar; Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir. BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir. == Beynəlxalq iqtisadiyyatın məqsədi == Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır. Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudur. Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur. == Beynəlxalq iqtisadiyyat kursu quruluşu == Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir: Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənir.
Beynəlxalq konfranslar
== B ==
Beynəlxalq konvensiyalar
Ətraf mühit sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar — ətraf mühitin mühafizəsi sahəsində dövlətlər arasında bağlanan müqavilə, saziş. Beynəlxalq hüquqi sənəddir. == Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalar == “Davamlı Üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyası Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyası İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının Kyoto protokolu “Səhralaşmaya qarşı mübarizə üzrə” Paris Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasının Su və Sağlamlıq haqqında protokolu “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya (Helsinki) “İqlim dəyişmələri üzrə” Çərçivə Konvensiyası “Bioloji müxtəliflik haqqında” Rio-de-Jeneyro Konvensiyası “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyası “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası “Ozon qatını dağıdan maddələr üzrə” Monreal protokolu “Ozon qatının mühafizəsi haqqında” Vyana Konvensiyası “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası (Bern Konvensiyası) “Köçəri vəhşi heyvan növlərinin qorunması üzrə” Bonn Konvensiyası “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Cenevrə Konvensiyası “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES) «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Paris Konvensiyası.
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə (beynəlxalq monetar iqtisadiyyat və ya beynəlxalq makroiqtisadiyyat da adlanır) — iki və ya daha çox ölkə arasında pul və makroiqtisadi münasibətlərlə geniş şəkildə məşğul olan maliyyə iqtisadiyyatının bir sahəsidir. Beynəlxalq maliyyə qlobal maliyyə sisteminin dinamikasını, beynəlxalq pul sistemlərini, tədiyyə balansını, valyuta məzənnələrini, birbaşa xarici investisiyaları və bu mövzuların beynəlxalq ticarətlə necə əlaqəli olduğunu araşdırır. Beynəlxalq maliyyə, bəzən çoxmillətli maliyyə kimi də adlandırılır, əlavə olaraq beynəlxalq maliyyə idarəetməsi məsələləri ilə bağlıdır. İnvestorlar və transmilli korporasiyalar siyasi risk və valyuta riski, o cümlədən əməliyyat riski, iqtisadi risk və transfer riski kimi beynəlxalq riskləri qiymətləndirməli və idarə etməlidirlər. Beynəlxalq maliyyədə əsas anlayışların bəzi nümunələri Mandell-Fleminq modeli, optimal valyuta sahəsi nəzəriyyəsi, alıcılıq qabiliyyəti pariteti, faiz dərəcəsi pariteti və beynəlxalq Fişer effektidir. Beynəlxalq ticarətin tədqiqi əsasən mikroiqtisadi anlayışlardan istifadə etdiyi halda, beynəlxalq maliyyə sahəsində tədqiqatlar ilk növbədə makroiqtisadi konsepsiyaları araşdırır. Beynəlxalq maliyyənin monetar və siyasi riskləri daha çox onunla əlaqədardır ki, suveren dövlətlər valyuta buraxmaq, öz iqtisadi siyasətlərini formalaşdırmaq, vergilər yığmaq, insanların, malların və kapitalın öz sərhədləri boyunca hərəkətini tənzimləmək hüququna və səlahiyyətinə malikdirlər. == Tarixi == === Çin və fiat valyutası === Kağız pul ideyası min ildən çox əvvəl Çində Yuan, Tan, Sonq və Ming sülalələri dövründə yaranmışdır. Tan sülaləsi dövründə (618-907) metal pul vahidinə tələb yüksək idi ki, bu da qiymətli metalların təklifini üstələyirdi. İnsanlar artıq kredit notlarının istifadəsi ilə tanış idilər və tez bir zamanda kağız vərəqlərini və ya kağız qaralamaları qəbul etməyə başladılar.
Beynəlxalq marketinq
Beynəlxalq marketinq — fərdi və ya təşkilati məqsədlərə cavab verən mübadilələr yaratmaq üçün ideyaların, əmtəə və xidmətlərin konsepsiyası, qiymətləri, təşviqi və paylanmasının planlaşdırılması və icrasının beynəlxalq səviyyədə prosesi. Bu strategiya şirkətin öz ölkəsində istifadə olunan texnikaların genişləndirilməsinə aid edilir. == Tərifi == Marketinqin digər elementləri kimi beynəlxalq marketinqin vahid tərifi yoxdur. Bundan əlavə, bəzi müəlliflər beynəlxalq marketinq və qlobal marketinqi fərqli şəkildə müəyyənləşdirirlər: Çox sadə səviyyədə beynəlxalq marketinq şirkətin milli sərhədlər daxilində bir və ya bir neçə marketinq qərarının qəbul edilməsini nəzərdə tutur. Çox mürəkkəb səviyyədə bu, şirkətin xaricdə istehsal müəssisələrinin yaradılmasını və bütün dünyada marketinq strategiyalarının əlaqələndirilməsini əhatə edir. Beynəlxalq marketinq marketinq yönümünün və bacarıqlarının beynəlxalq biznesə tətbiqidir. Beynəlxalq marketinq firmanın əmtəə və xidmətlərinin axınını mənfəət üçün birdən çox ölkədə istehlakçılara və ya istifadəçilərə yönəldən biznes fəaliyyətinin təmin edilməsidir. Beynəlxalq bazar ixracatçı taciri üstələyir və onu bizneslə məşğul olduğu ölkələrdə marketinq mühitinə daha çox cəlb edir. Qlobal marketinq investisiyaların, məhsulların qlobal səviyyədə bir şirkətin təcrübəsinə səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirir və həmçinin hər bir ölkədə həqiqətən unikal və fərqli olanı uyğunlaşdırır. Qlobal marketinq dedikdə, bir çox ölkə bazarlarında əlaqələndirilmiş və inteqrasiya olunmuş marketinq fəaliyyətləri başa düşülür.
Beynəlxalq bərabərsizlik
Beynəlxalq bərabərsizlik — iqtisadi bərabərsizliyin bir növü, müxtəlif dövlətlərin və ölkələrin vətəndaşları arasında rifah səviyyəsindəki fərq. Bu cür fərqlər həmişə olub, lakin ən varlı və ən kasıb ölkələrin vətəndaşlarının gəlirləri arasında fərq XIX əsrdə, Böyük Britaniyada, sonra isə Qərbi Avropanın digər ştatlarında və ölkələrində Sənaye İnqilabının başladığı zaman kəskin şəkildə artmağa başladı və bu tendensiya XX əsr boyu davam etdi. Ən kasıb və varlı dövlətlərin sakinlərinin gəlirləri 1820-ci ildə 3 dəfə, 1913-cü ildə 11 dəfə, 1950-ci ildə 35 dəfə, 1973-cü ildə 44 dəfə, 1992-ci ildə 72 dəfə fərqlənmişdir. XXI əsrin əvvəlində ən varlı və ən kasıb 20 ölkənin sakinlərinin gəlirlərindəki fərq 37 dəfə idi. Zəngin (yüksək gəlirli ölkələrin) əhalisi ilə yoxsul ölkələrin əhalisi arasında iqtisadi uçurum, zəif siyasi və iqtisadi institutlar nəticəsində və az inkişaf etmiş ölkələrin texnoloji cəhətdən geri qalması, qlobal iqtisadi strukturun dəyişməsi, həyata keçirilən proteksionist tədbirlər nəticəsində inkişaf etmiş ölkələrdə (və onların inkişaf etməkdə olan ölkələrində olmaması), inkişaf etməkdə olan ölkələrdə əhalinin həddindən artıq olması, ən yoxsul ölkələrdə iqtisadi geriliyə və yoxsulluğun artmasına səbəb olur. Beynəlxalq bərabərsizliyin əsas kəmiyyət göstəricisi adambaşına düşən ÜDM-in səviyyəsindəki ölkələrarası fərqlərdir. İqtisadi artım nəzəriyyəsi bu fərqlərin səbəblərini axtarır. İqtisadiyyat, politologiya və siyasi iqtisad elmlərində beynəlxalq bərabərsizliyi izah etmək üçün müxtəlif variantlar irəli sürülüb, lakin onun səbəbləri ilə bağlı suala hələ də dəqiq cavab yoxdur. == Tarix və cari vəziyyət == Müxtəlif ölkələrin sakinlərinin gəlir səviyyəsində fərqlər həmişə mövcud olub, lakin onlar daha çox XX əsrdə nəzərə çarpıb. Onlar İkinci Dünya Müharibəsindən sonra gücləndilər və XX əsr boyu artmağa davam etdilər{sfn|Аджемоглу|2018|с=3}}.
Beynəlxalq kredit
Beynəlxalq kredit — qaytarılma, təxirəsalınmazlıq, təminat və faizlərin ödənilməsi şərtləri ilə valyuta və əmtəə resurslarının verilməsi ilə bağlı beynəlxalq iqtisadi münasibətlər sferasında kredit kapitalının hərəkəti. == Beynəlxalq kreditin funksiyaları == Genişlənmiş təkrar istehsalı təmin etmək üçün dünya ölkələri arasında kredit kapitalının yenidən bölüşdürülməsi, milli mənfəətin orta səviyyəyə bərabərləşdirilməsi. Kredit vəsaitlərindən istifadə etməklə (veksellər, veksellər, çeklər, köçürmələr və s.) beynəlxalq ödənişlər sahəsində dövriyyə xərclərinə qənaət, nağdsız ödənişlərin inkişafı və sürətləndirilməsi. Xarici kreditlərdən istifadə etməklə kapitalın təmərküzləşməsinin və mərkəzləşdirilməsinin sürətləndirilməsi. İqtisadi tənzimləmə. == Beynəlxalq kreditin rolu == Beynəlxalq kredit istehsalın inkişafında ikili rol oynayır: müsbət və mənfi. Kredit bir tərəfdən təkrar istehsalın davamlılığını və genişlənməsini təmin edir. O, istehsalın və mübadilənin beynəlmiləlləşməsinə, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə kömək edir. Digər tərəfdən, beynəlxalq kredit ictimai təkrar istehsalda balanssızlığı artırır, gəlirli sahələrin kəskin genişlənməsini stimullaşdırır, xarici borc vəsaitlərini cəlb etməyən sənaye sahələrinin inkişafını ləngidir. == İstinadlar == == Ədəbiyyat == Қаржы-экономика сөздігі.

Digər lüğətlərdə